İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (FOTO)

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Trend-in AzTV-ə istinadən verdiyi məlumata görə, 2013-cü ilin 9 ayının ölkəmiz üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir. Bundan əlavə, kənd təsərrüfatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olub, infilyasiya 2,3 faiz təşkil edib.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşıb. Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Prezident İlham Əliyev qeyd etdi ki, 9 ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bu sahədə xeyli proqramlar icra edilib. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub və bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Prezident İlham Əliyev bildirdi ki, münaqişənin həllində hələ ki ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir.

Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirdi. Azərbaycanın bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurduğunu dedi. "Biz öz milli maraqlarımızı müdafiə edirik" deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır. Ötən 9 ayda enerji sahəsində mühüm uğurların qazanıldığını, Transadriatik qaz kəməri layihəsinə start verildiyini deyən dövlət başçısı Azərbaycanın enerji ilə bağlı siyasətinin dünya üçün çox əhəmiyyətli olduğunu qeyd etdi.

Sənayeləşmə istiqamətində ötən dövrdə mühüm addımların atıldığını, bir çox layihələrin icra mərhələsinə daxil olduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu müsbət meyillər ilin sonuna qədər davam edəcək.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin 9 ayında həyata keçirilən tədbirlərdən danışdılar.

İclasa yekun vuran Prezident İlham Əliyev bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu dedi.

İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir. Gələn il regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının qəbul ediləcəyini deyən Prezident İlham Əliyev orada bölgələrdəki bütün sosial və iqtisadi problemlərin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirdi.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son 9 ayda 500 mindən çox insanın müraciət etdiyi "ASAN Xidmət" şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxundu. "Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir" deyən dövlət başçısı Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildirdi. Bundan əlavə, kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyini, Taxtakörpü su anbarının bu sahədə mühüm rola malik olduğunu vurğuladı. Demoqrafik vəziyyətin yaxşı olmasını ölkəmizin ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən Prezident İlham Əliyev bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb və hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 Olimpiya İdman Kompleksi inşa olunub. Bu dövrdə neft-qaz siyasətində Azərbaycan mühüm uğurlara imza atdı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verildi. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaratdı. Azərbaycan kosmos ölkəsinə çevrildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv oldu. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi.

"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Loading Bars
Xəbər lenti
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Bütün xəbərlər