Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir R. Hafizoğlu/
Yaxın Şərqdə Türkiyəni çirkli oyunlara çəkirlər. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdə və Suriyada siyasi qeyri-sabitliyin bir hissəsinə çevrilməməlidir.
D. Bağçalı qeyd edib ki, Ərdoğan hökuməti Türkiyə dövlətini alçaldıb.