...

Netanyahu və Kerri Romada İranın nüvə proqramını müzakirə edəcəklər

Siyasət Materials 23 Oktyabr 2013 02:01 (UTC +04:00)
Yaxın Şərqdəki vəziyyət, Suriyada kimvəyi silahın məhv edilməsi, həmçinin İranın nüvə proqramı məsələləri oktyabrın 23-də Romada ABŞ dövlət katibi Con Kerri ilə danışıqların əsas mövzusu olacaq.
Netanyahu və Kerri Romada İranın nüvə proqramını müzakirə edəcəklər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Yaxın Şərqdəki vəziyyət, Suriyada kimvəyi silahın məhv edilməsi, həmçinin İranın nüvə proqramı məsələləri oktyabrın 23-də Romada ABŞ dövlət katibi Con Kerri ilə danışıqların əsas mövzusu olacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu italyan həmkarı Enriko Letta ilə görüşündə deyib.

B.Netanyahu bildirib: "Biz hamımız Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq. Bu, sabah Con Kerri ilə müzakirə etmək istədiyim mövzulardan biridir. Biz Fələstinlə dinc nizamlanma, həmçinin hazırda diqqət mərkəzində olan kimyəvi və nüvə silahlarının məhv edilməsi məsələsinə də toxunacağıq".

Baş nazir bir daha qeyd edib ki, İran nüvə silahının yaradılmasına çox yaxındır, buna görə də təcili tədbirlər görmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti