...

Bakı ilə Rio de Janeyro qardaşlaşıb

Siyasət Materials 5 Dekabr 2013 11:41 (UTC +04:00)
Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması haqqında qanun qüvvəyə minib. Bu barədə Trend-ə Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.
Bakı ilə Rio de Janeyro qardaşlaşıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması haqqında qanun qüvvəyə minib. Bu barədə Trend-ə Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio de Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana rəğbət müşahidə olunur. Həmçinin Rio de Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığını və hər il minlərlə turist qəbul etdiyi vurğulanır.

Bildirilir ki, gələcək illərdə Bakı şəhəri mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaqdır.

Yaxın zamanda Rio de Janeyro Şəhər Şurası qardaşlaşma şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcəkdir.

Qeyd edək ki, noyabrın 6-sı 2013-cü il tarixində Rio de Janeyro Şəhər Şurasının (şəhər parlamenti) Xarici əlaqələr komitəsi Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul edib.

Dekabrın 3-ü 2013-cü il tarixində Rio de Janeyro şəhərinin meri Eduardo Paes "Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması" qanununu imzalayıb və adıçəkilən qanun dekabr 4-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti