...

İranın Azərbaycandakı səfirliyində yeni mədəniyyət müşaviri işə başlayıb

Siyasət Materials 19 Fevral 2014 13:44 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyinin yeni mədəniyyət müşaviri İbrahim İbrahimi öz fəaliyyətinə başlayıb.
İranın Azərbaycandakı səfirliyində yeni mədəniyyət müşaviri işə başlayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

İranın Azərbaycandakı səfirliyinin yeni mədəniyyət müşaviri İbrahim İbrahimi öz fəaliyyətinə başlayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, müşavir bu vəzifədə üç il çalışacaq.

Səfir bildirib ki, İ.İbrahimi mədəniyyət sahəsində təcrübəli insandır: "İbrahimi özü Təbrizdəndir və vaxtilə İran parlamentində əlaqələndirici vəzifəsində çalışıb. Düşünürəm ki, onun burada fəaliyyəti uğurlu olacaq".

Mayda İranda keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri barədə danışan diplomat bu təşəbbüsü alqışladığını deyib: "Ümid edirik ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin kino, teatr, rəssamlıq sahələrində çalışan insanlar Mədəniyyət Günlərində iştirak edəcək və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfələr verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti