...

Rusiyanın AŞ PA-da nümayəndə heyətinin səlahiyyətləri məsələsi aprelin 10-da müzakirə ediləcək

Siyasət Materials 7 Aprel 2014 15:25 (UTC +04:00)
Rusiyanın Avropa Şurası Parlament Assembleyasında (AŞ PA) nümayəndə heyətinin təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması məsələsi cümə axşamı səhər müzakirə ediləcək.
Rusiyanın AŞ PA-da nümayəndə heyətinin səlahiyyətləri məsələsi aprelin 10-da müzakirə ediləcək

Fransa, Strasburq, 7 aprel /Trend, müxbir A.Məhərrəmli/

Rusiyanın Avropa Şurası Parlament Assembleyasında (AŞ PA) nümayəndə heyətinin təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması məsələsi cümə axşamı səhər müzakirə ediləcək. Trend-in məlumatına görə, bu sözləri AŞ PA-nın sədri xanım An Brasör (Anne Brasseur) qurumun yaz plenar sessiyasının açılışında deyib.

O, qeyd edib ki, AŞ PA Bürosunun bu gün səhər keçirilən iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi məsələsi müzakirə olunub: "Bildiyiniz kimi, məsələyə dair Büroya iki təklif təqdim olunmuşdu. Amma Büro qərara aldı ki, məsələ qurumun aidiyyəti komitəsinə göndərilsin. Məsələyə dair Monitorinq Komitəsi tərəfindən qətnamə layihəsi hazırlanacaq və cümə axşamı AŞ PA-nın plenar sessiyasına təqdim ediləcək. Beləliklə, bu məsələ ilə bağlı qətnamə layihəsi əsasında müzakirələr aparılacaq. AŞ PA Nizamnaməsinin 9.5-ci maddəsinə uyğun olaraq, Rusiya nümayəndə heyəti səlahiyyətlərlə bağlı müzakirələrdə səs verə bilməz".

AŞ PA sədri əlavə edib ki, Rusiyanın Ukraynadakı hərəkətlərini, Krımın birləşdirilməsini kəskin şəkildə pisləyir: "Bu, beynəlxalq müqavilələr və beynəlxalq hüquqa, habelə Rusiyanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlik və vəzifələrə ziddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti