...

Gəncədə "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılmasına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 16 May 2014 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında sərəncam imzalayıb.
Gəncədə "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılmasına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti