...

Qazaxıstan Prezidenti MDB ölkələrinin müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb

Siyasət Materials 4 İyul 2014 16:42 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüş keçirib.
Qazaxıstan Prezidenti MDB ölkələrinin müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb

Qazaxıstan, Astana, 4 iyul /Trend, müxbir Daniyal Əzizov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüş keçirib. Trend-in Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə dövlət başçısı müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

N.Nazarbayev qeyri-sabit geosiyasi və dünya iqtisadiyyatının böhranlı vəziyyəti şəraitində Qazaxıstanın qonşu ölkələrlə sıx hərbi əməkdaşlıqda maraqlı olduğunu qeyd edib: "Dövlətlərimizin əldə etdikləri birgə təcrübə, eləcə də hərbi sahədə ümumi təhsil sahəsi, eyni tipli silahlarla təchizat, habelə xarici sərhədlərin mühafizəsinin ümumi məkanı sıx əlaqələrin gələcəkdə də qorunub saxlanmasından xəbər verir".

Dövlət başçısı, həmçinin müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb: "Hazırda biz hərbi texnikanın bəzi tərkib hissələrinin digər dövlətlərlə birgə istehsalatın həyata keçirilməsi üçün Qazaxıstana köçürülməsi üzərində düşünürük. Bununla əlaqədar biz müvafiq birgə müəssisələrin yaradılmasını tamamilə dəstəkləyəcəyik. Qonşu ölkələrin iqtisadi və daxili siyasi vəziyyətləri Qazaxıstana təsir edir, ona görə də biz qonşularımızın, müttəfiqlərimizin Birlik çərçivəsində də uğurla inkişaf etmələrini səmimi qəlbdən arzulayırıq".

N.Nazarbayev sonra müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb, iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası işinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti