...

Niderland Ukraynada təyyarənin qəzaya uğraması ilə əlaqədar beynəlxalq istintaqın aparılmasını tələb edir

Siyasət Materials 18 İyul 2014 17:15 (UTC +04:00)
Niderland "Malaysia Airlines" şirkətinin Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar müstəqil və şəffaf beynəlxalq istintaqın aparılmasını təkidlə tələb edir.
Niderland Ukraynada təyyarənin qəzaya uğraması ilə əlaqədar beynəlxalq istintaqın aparılmasını tələb edir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Niderland "Malaysia Airlines" şirkətinin Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar müstəqil və şəffaf beynəlxalq istintaqın aparılmasını təkidlə tələb edir. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində deyilir.

Məlumatda qeyd olunur: "Niderland MH17 reysini həyata keçirən təyyarənin qəzaya uğramasından dərin sarsılıb. Biz milliyətindən asılı olmayaraq göyərtədə olan hər kəs üçün kədərlənirik. Düşüncələrimiz onların ailələri, dostları və tanışları ilədir".

Səfirliyin məlumatında bildirilir ki, Niderland hökuməti tez bir zamanda qurbanların ailələrini məlumatlandırmaq üçün əlindən gələni edir.

Məlumatda həmçinin qeyd olunub ki, hadisə ilə əlaqədar olaraq Niderland Xarici İşlər Nazirliyində böhran qrupu yaradılıb.

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb. Təyyarənin qəzaya uğramasının səbəblərindən biri kimi onun vurula bilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti