...

Azərbaycanda insan haqları: bəs hakimlər kimdir?

Siyasət Materials 24 Noyabr 2014 18:42 (UTC +04:00)
Azərbaycanın dünya arenasında artan rolu çoxlarına rahatlıq vermir. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks respublikaya səfərinə dair növbəti "əsər"i ilə çıxış edib.
Azərbaycanda insan haqları: bəs hakimlər kimdir?

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Azərbaycanın dünya arenasında artan rolu çoxlarına rahatlıq vermir. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks respublikaya səfərinə dair növbəti "əsər"i ilə çıxış edib. Komissar "əsər"ində guya insan haqlarını pozan Azərbaycanı tənqid etməklə çıxış edib.

O, sözlərinin təsdiqi kimi respublikada həbs olunmuş insanlarla görüş və istintaqları davam edənlər haqqında danışıb. Lakin cənab N.Muiznieks bu insanların nəyə görə həbs olunması barədə heç bir söz açmayıb. Eybi yox, bunu onun yerinə biz edərik. Avropa komissarının məqaləsində qeyd edilən insanlardan (bir daha qeyd edirik - HEÇ BİRİ) hüquq müdafiəsi fəaliyyətinə görə məhkum olunmayıb. Üstəlik, Yunus cütlüyü dövlətə xəyanətdə ittiham olunurlar ki, bu da istənilən dövlətin, o cümlədən Aİ ölkələrinin qanunvericiliyinin ən ağır maddələrindən biridir.

Bununla belə, Qərbin fəaliyyəti qədim Roma atalar sözünə əsaslanır: "Yupiterə icazə verilən şey öküzə icazə verilmir". Bəs o zaman Avropa komissarı qondarma siyasi məhbuslardan danışanda iki ildir Ekvadorun Londondakı səfirliyinin ərazisini tərk etməyən Culian Assanj barədə unudur? Ekvador hökumətinin iki gün əvvəl verdiyi bəyanatdan sitat gətirmək istərdim: "Ekvador insan hüquqlarını, xüsusilə siyasi təqib qurbanlarını qorumağın uzunmüddətli ənənələrinə sadiq qalaraq, vətəndaş Culian Assanjın azadlığını və həyatını qorumaq öhdəliyinin etibarlılıq müddətini ratifikasiya edib".

Bəlkə Azərbaycan insan haqları üzrə komissarını C.Assanjın yanına göndərməli və bu görüşün yekunları üzrə Avropada insan haqlarının pozulması haqqında bəyanatla çıxış etməliydi? Bunu ABŞ xüsusi xidmət orqanlarının ümumi izləməsi haqqında informasiyaya görə siyasi təqib səbəbindən Rusiyada gizlənən Edvard Snoudenə də aid etmək olar.

Cənab N.Muiznieks Avropada Latviyanı təmsil edir. O, yəqin bilir ki, onun ölkəsi müstəqilliyi necə istəyirdi və müstəqilliyi nəyin bahasına əldə edib. Azərbaycan isə müstəqilliyini yüzlərlə insan həyatı bahasına qazanıb. Buna görə də müstəqilik respublika üçün daha dəyərli olub. Buna görə də, cənablar, əsl müstəqil dövlətlərlə tərbiyəçi tonunda danışmaq lazım deyil. Bərabər tərəfdaşlar bərabər şərtlər tələb edirlər və bu qaydaya ikili standartları tətbiq etmədən riayət etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti