...

MSK-nın növbəti iclası keçirilib

Siyasət Materials 11 Dekabr 2014 18:20 (UTC +04:00)
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 28 noyabr və 6 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "exit-poll" keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb. MSK üzvlərinin müzakirəsindən sonra sözügedən təşkilatın "exit-poll" keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.

MSK-nın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətə də baxılıb. Komissiya tərəfindən aparılan müzakirədən sonra müraciətlə bağlı müvafiq dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılmasına və müraciətin təmin edilməməsinə qərar verilib.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda cari məsələlərə də baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti