Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Prezident İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 22-də Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.