...

Elmar Məmmədyarov Fransa Prezidentinin müşaviri ilə nələri müzakirə etdi?

Siyasət Materials 1 May 2015 16:36 (UTC +04:00)
Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yelisey Sarayında Fransa Prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb.
Elmar Məmmədyarov Fransa Prezidentinin müşaviri ilə nələri müzakirə etdi?

Azərbaycan, Bakı, 1 may /Trend/

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yelisey Sarayında Fransa Prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş bu görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bü kontekstdə son təşəbbüsü, həmçinin Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.

Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını və Prezident F.Olland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqləyib.

E.Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti