...

MDB ölkələrinin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 3 İyun 2015 16:10 (UTC +04:00)
MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
MDB ölkələrinin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

İclasda iştirak edən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin Müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti