...

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Siyasət Materials 28 Sentyabr 2015 10:26 (UTC +04:00)
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası öz işinə başlayır.
Bu gün AŞPA-nın payız sessiyası başlayır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası öz işinə başlayır.

Trend AŞPA-nın saytına istinadən xəbər verir ki, qurumun payız sessiyasının gündəliyində dayanan əsas məsələ Avropada miqrant böhranıdır.

Məlumatda qeyd olunur ki, sessiyada AŞPA-nın Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək. Bildirilir ki, sessiyanın gedişində həmçinin AŞPA-nın yeni Baş Katibi seçiləcək.

Sessiyanın işi oktyabrın 2-də yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti