Bakı. Trend:
Dekabrın 23-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.