Bakı. Trend:
Ankara "Türk axını" layihəsinin həyata keçirilməsi barədə razılaşmaya görə Moskvadan asılı vəziyyətə düşmək istəmir və Bakı ilə güclü, sabit əlaqələrini davam etdirməyə çalışır. Trend-in məlumatına görə, bunu Berlində Avropa Təhlükəsizlik Strategiyası Mərkəzində "Beynəlxalq Enerji Təhlükəsizliyi" proqramının rəhbəri Frank Umbax deyib.
Qeyd edək ki, Rusiya və Türkiyə oktyabrın 10-da "Türk axını" layihəsinin realizəsi ilə bağlı hökumətlərarası razılaşma imzalayıblar.