...

Moldovanın GUAM-ı tərk etmək niyyəti yoxdur

Siyasət Materials 24 Yanvar 2017 16:20 (UTC +04:00)
“Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM” çərçivəsində əməkdaşlıq son dövrlərdə daha da fəallaşır.
Moldovanın GUAM-ı tərk etmək niyyəti yoxdur

Bakı. Səba Ağayeva - Trend:

“Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM” çərçivəsində əməkdaşlıq son dövrlərdə daha da fəallaşır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.

Diplomatın sözlərinə görə, Moldovanın Azərbaycandakı səfiri olaraq , GUAM xətti ilə Bakıda keçirilən bütün iclas və görüşlərdə iştirak edir.

Səfir deyib: “Təşkilat çərçivəsində müsbət addımlar müşahidə olunur və mən fikirləşirəm ki, GUAM-dakı əməkdaşlıq daha da inkişaf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti