...

Fransalı senator: Ermənilər tərəfindən Azərbaycanın dinc sakinlərinin qətli beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyinin nəticəsidir

Siyasət Materials 6 İyul 2017 17:41 (UTC +04:00)
Erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin artıq uzun illərdir ki, qeydə alınan fəaliyyətsizliyinin nəticəsidir.
Fransalı senator: Ermənilər tərəfindən Azərbaycanın dinc sakinlərinin qətli beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyinin nəticəsidir

Bakı. Ləman Zeynalova - Trend:

Erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin artıq uzun illərdir ki, qeydə alınan fəaliyyətsizliyinin nəticəsidir.

Bunu Trend-ə Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Reyşar deyib.

Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır:

“Mən bu münaqişəni dondurulmuş hesab etmirəm. Çünki daim dinc sakinlər öldürülür. Dinc sakinlər beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi üzündən əziyyət çəkməməlidir. Beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı tədbirlər görməsi vacibdir və Fransa bu istiqamətdə təcili addımlar atmalıdır”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti