...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib (FOTO)

Siyasət Materials 5 İyun 2019 15:57 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası iyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində keçirilib.

İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti