...

Hərbi təyyarə qəzası ilə bağlı yaradılan qərargahda xidməti müşavirə keçirilib

Siyasət Materials 25 İyul 2019 16:35 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
Hərbi təyyarə qəzası ilə bağlı yaradılan qərargahda xidməti müşavirə keçirilib

Bakı. Trend:

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti