...

Sumqayıtda seçicilərin 10,7 faizi artıq səs verib

Siyasət Materials 9 Fevral 2020 11:05 (UTC +04:00)
Bu gün bütün ölkədə olduğu kimi, Sumqayıtda da səhər saat 8-dən Azərbaycan Milli Məclisinə seçkilər başlayıb.
Sumqayıtda seçicilərin 10,7 faizi artıq səs verib

Bakı. Trend:

Bu gün bütün ölkədə olduğu kimi, Sumqayıtda da səhər saat 8-dən Azərbaycan Milli Məclisinə seçkilər başlayıb. Sumqayıtda parlament seçkiləri 4 seçki dairəsi üzrə keçirilir.

Trend-in məlumatına görə,, Sumqayıtda 4 deputat mandatı uğrunda 59 namizəd mübarizə aparır.

Seçicilərin siyahısına müvafiq olaraq, şəhərin 163.028 sakininin seçmək hüququ var. Onların öz iradələrini sərbəst ifadə etmələri üçün 134 seçki məntəqəsi təşkil edilib. Seçki məntəqələrində səsvermə, o cümlədən fiziki imkanları məhdud olan insanların səs verməsi üçün hər cür şərait yaradılıb. Yeri gəlmişkən, bir gün əvvəl seçki məntəqələrinin monitorinqini keçirmiş beynəlxalq müşahidəçilər də bu faktı təsdiq ediblər.

Ən fəal sumqayıtlılar öz namizədlərinə birincilər sırasında səs vermək üçün səhər tezdən seçki məntəqələrinə tələsiblər.

Sumqayıt üzrə dairə seçki komissiyalarının saat 10-a olan məlumatına görə, şəhərdə seçicilərin 10,7 faizi artıq səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti