...

Blumberq təbliğat kampaniyasına 500 milyon dollardan çox vəsait xərclədi

Dünya xəbərləri Materials 25 Fevral 2020 06:30 (UTC +04:00)
Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb
Blumberq təbliğat kampaniyasına 500 milyon dollardan çox vəsait xərclədi

Bakı. Trend:

Maykl Blumberg prezidentlik kampaniyasına artıq 500 milyon dollardan çox pul xərclədi.

Trend-in məlumatına görə, bu barədə ABŞ-da prezidentliyə namizədlərin reklama ödədikləri pulları hesablayan "Advertising Analytics" şirkəti məlumat yayıb.

"Hazırda Blumberqin reklam üçün mediaya xərclədiyi ümumi vəsaitin miqdarı - 509 512 884 ABŞ dollarıdır", - şirkətin "Twitter" səhifəsində bildirilir.

Nyu-Yorkun keçmiş meri, əvvəlcə respublikaçı olan Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb. Onun sərvəti 50 milyard ABŞ dollarından çoxdur və prezidentlik kampaniyasının xərclərini özü qarşılayır. O, indiyədək Ayova, Nyu-Qempşir və Nevada ştatlarında heç bir praymerizə qatılmayıb və 3 martda 14 ştatın sakinlərinin səs verəcəyi praymerizdə iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti