Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilib.
Komitə sədri “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.
İclasda sonra “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə təqdim edilib.
Hər iki qanun layihəsi barədə komitə üzvləri - Tahir Rzayev, Elşən Musayev, Nizami Cəfərov, Fəttah Heydərov, Kamran Bayramov, Səbinə Xasayeva, Aqil Məmmədov, Malik Həsənov, Cavid Osmanov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə çıxış edərək, öz fikir və rəylərini bildirdilər.
Fikir mübadiləsindən sonra hər iki məsələ Milli Məclisin müzakirəsinə tövsiyə edilib.