Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)

Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Milli Məclisin deputatları - Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.

İclasda çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verib. Bildirib ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bugünədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum etdi. Atəşkəs barədə razılaşmadan dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı ballistik raketlər atdı.

Nəticədə xeyli sayda mülki insan, o cümlədən uşaqlar həlak oldu, yaralandı, yaşayış evləri yararsız vəziyyətə düşdü. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü razılaşdırılsa da, Ermənistanın baş naziri Nikol Paşinyan məsələnin ancaq hərb yolu ilə həllinin mümkün olduğunu iddia edərək son anda bu görüşdən imtina etdi.

C.Feyziyev diqqətə çatdırdı ki, Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır. Azərbaycan həmişə danışıqlara hazırdır, lakin Ermənistanın məntiqsiz davranışları buna imkan vermir. Ermənistan tərəfi bilməlidir ki, atəşi dayandırmasalar, heç bir danışıqdan söhbət gedə bilməz. Hazırda Ermənistan müxtəlif ölkələrin Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün əlində olan bütün vasitələrdən istifadə edir. Lakin beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir.

Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand hər iki tərəfdə insanların həlak olmasından narahatlığını bildirdi və tərəfləri atəşi dayandırmağa çağırdı. Həmsədr Paşinyanın iki ölkə Prezidentləri arasında görüş keçirilməsinə etiraz etdiyindən xəbərsiz olduğunu və bu görüşün Ermənistanın maraqlarına uyğun olduğu üçün Ermənistanın məntiqsiz davrandığını qeyd etdi.

İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfdən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisin və uzunmüddətli strategiyanın vacibliyinə diqqəti çəkdilər. Qeyd olundu ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırdılar.

Videokonfrans formatında keçirilən iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırdı ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımı da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı davam edir.

Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd etdi ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın çevrəsində olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır !” bəyanatı ilə çıxış etmişdi.

E.Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası PA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışdı. Bildirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir.

Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişatını daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında keçirilən növbədənkənar iclası başa çatıb.

bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Loading Bars
Xəbər lenti
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı
Minaların təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə vergidən azad olunur
Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi
Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir
Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin
Bütün xəbərlər