Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF

Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətdən özünü üzüağ çıxarmaq üçün etiraf yolunu tutub. Belə demək mümükünsə, Ermənistan iqtidarında qarşılıqlı ittihamla hərbi və siyasi hakimiyyətin paxırı açılır. Hətta istər siyasi, istər hərbi, istəsə də iqtisadi cəhətdən Azərbaycanın gücü, Ermənistanın isə acizliyi rəsmi səviyyədə dilə gətirilir. Bununla bağlı ölkə parlamentinin iclasında Nikol Paşinyanın dünənki etirafları xüsusilə diqqət çəkir.

Baş nazir ölkənin silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyanı növbəti dəfə ittiham elədi. Dedi ki, sabiq rəis müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etməyib: "Söhbət sentyabrın 30-da keçirilmiş Təhlükəsizlik Şurasından iclasından gedir. Baş qərargah rəisi elə bir söz deməyib, bu, rəsmi şəkildə qeydə alınıb, iclasın stenoqramları da mövcuddur. Qasparyan həmin iclasda deyib ki, ordu bütün tapşırıqları yerinə yetirir, düşmən heç bir uğur əldə etməyib".

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Onik Qasparyan açıqlama verərək müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etdiyini, əks təqdirdə, Ermənistan ordusunun ağır itkilər verəcəyini demişdi.

Buradan belə çıxır ki, baş qərargah rəisi Paşinyanı aldadıb. Əks təqdirdə, daha ciddi itkilərə məruz qalmamaq üçün Paşinyan müharibəni daha erkən dayandıra bilərdi. Hər halda, öz dediyindən belə çıxır.

Gələk digər etiraflara, Ermənistan Baş naziri Nikol Paşinyan həm də belə bir ifadə işlətdi - “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı” – Azərbaycanın müdrik və uzaqgörən siyasətinin rəsmi etirafı...

O, həmçinin bildirdi ki, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb. Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən, yəni Azərbaycandan düz 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğuladı: “2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkünsə, orada torpaq sahələri aldı”.

Ardınca Paşinyan əlavə etdi ki, keçmiş rəhbərlik (Koçaryan və Sarkisyan-müəl.) dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə qədər də davam edir.

Baş Nazirin daha bir etirafı Lələtəpə yüksəkliyinin itirilməsi ilə bağlı idi. “İkinci Qarabağ müharibəsi zamanı Lələtəpə yüksəkliyinin geri qaytarılması barədə əmr verdiyim iddiaları absurddur” deyən Paşinyan bu məsələdə generalları ittiham etdi:

“Deyirlər ki, guya belə bir qərar vermişəm. Serj Sarkisyanın (Ermənistanın keçmiş prezidenti – müəl.) 2016-cı ildə təslim etdiyi Lələtəpəni mən guya, 2020-ci ildə geri qaytarmağı əmr etmişəm və bu uğursuz əməliyyat zamanı 700 hərbçi həlak olub. Bu, cəfəngiyatdır”.

Paşinyan bildirib ki, Lələtəpənin geri qaytarılması üçün əməliyyat təklifi ordunun generallarından gəlib. Həmin generallar iddia ediblər ki, bu əməliyyat vacibdir.
“Təklif o vaxt bu qərarı həyata keçirmək imkanı olan generallar tərəfindən verildi. Müzakirələrdə sadəcə iştirak etdim və heç fikir bildirmədim” deyən Paşinyan, müzakirələrdən sonra belə bir əməliyyatın mümkün olduğu barədə məlumatlandırıldığını qeyd edib.

Xatırladaq ki, bundan öncə Ermənistan mətbuatı yazmışdı ki, Paşinyanın ordunun komanda məntəqəsinə gedən həyat yoldaşı Anna Akopyan Lələtəpənin ələ keçirilməsini tələb edib.

Beləliklə, Paşinyanın özünü təmizə çıxarmaq çabaları və bütün baş verənlərlə bağlı məsuliyyəti köhnə iqtidarın üzərinə atması, əslində, bir qədər doğru yoldur. Xüsusən də Ermənistanın Azərbaycandan 10-1 hesabı ilə geridə qalması etirafına haqq qazandırmamaq olmur. Adam hakimiyyətini qoruyub-saxlamaq üçün bəzi reallıqları açıb-tökmək məcburiyyətindədir. Lakin Ermənistanın keçmiş xunta rejimi, Sarkisyan-Koçaryan mafiyası da boş oturmur. Hər vəchlə Paşinyanı aşağılayır və yarıtmazlıqda ittiham edirlər. Bizə isə bir qədər səbr etmək və bu ixtilafın hara qədər gedəcəyini müşahidə etmək qalır...

Elgün MƏNSİMOV
Trend

Twitter: @Elgun_Mensimov

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya (VİDEO)
Azad olunan ərazilərdə heyvanlar quduzluğa qarşı peyvənd olunur (FOTO)
Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir
Bütün xəbərlər