...

Bilal Ərdoğan Prezident İlham Əliyevə “Liderlik Mükafatı”nı təqdim edib

Siyasət Materials 5 Mart 2022 13:36 (UTC +04:00)
Bilal Ərdoğan Prezident İlham Əliyevə “Liderlik Mükafatı”nı təqdim edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Trend xəbər verir ki, qəbul zamanı Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti