...

BMT Qoşulmama Hərəkatı çərçivəsində gənclərlə əməkdaşlıq üçün açıqdır - Baş Assambleyanın sədri

Siyasət Materials 13 İyun 2022 18:33 (UTC +04:00)
BMT Qoşulmama Hərəkatı çərçivəsində gənclərlə əməkdaşlıq üçün açıqdır - Baş Assambleyanın sədri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Qoşulmama Hərəkatı çərçivəsində gənclərlə əməkdaşlıq üçün açıqdır.

Trend-in məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid ADA Universitetində Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin üzvləri ilə interaktiv müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi, gender bərabərliyi kimi sahələrdə qlobal problemlərin həllində gənclərin üzərinə xüsusi məsuliyyə düşür.

"Mənim təsis etdiyim "Hope Fellowship" proqramı gənc diplomat və fəalların dəstəklənməsinə yönəlib. Qlobal problemlərdən danışmaq çox vacibdir, gənclərin səsi bu məsələlərdə eşidilməlidir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti