...

Prezident İlham Əliyevin Ermənistana ünvanladığı mesajlar onlar üçün dərs olacaq

Siyasət Materials 13 Avqust 2022 14:11 (UTC +04:00)
Prezident İlham Əliyevin Ermənistana ünvanladığı mesajlar onlar üçün dərs olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci-Vitse Prezident Mehriban Əliyeva növbəti dəfə regionlara səfər etdilər. Səfər çərçivəsində ölkə başçısı bir sıra vacib məsələlərə toxundu. O cümlədən Azərbaycan-Ermənistan münaibətlərinə bir daha aydınlıq gətirdi və Ermənistanda revanş düşüncəsi olan qüvvələrə növbəti sərt xəbərdarlığını etdi.

Bu barədə Trend-in sualların cavablayarkən Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O qeyd edib ki, avqustun 3-də Ermənistan tərəfindən törədilən növbəti təxribat nəticəsində Azərbaycanın bir hərbiçisi şəhid oldu və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri dərhal həmin təxribatın qarşısını aldı və bu əməliyyatın adı qisas əməliyyatı oldu.

"Bu bir daha onu göstərdi ki, "Dəmir yumruq" yerindədir və daha da güclüdür.Eyni zamanda Prezident İlham Əliyev tərəfindən Ermənistana ünvanlanmış bir sıra sərt mesajlar göndərildi. Ermənistanda da artıq başa düşməlidir ki, üzərlərini götürdükləri öhdəlikləri yerinə yetirməyəcəksə, təxribatlar tördəcəksə, əlbəttə ki, aqibətləri daha acınacaqlı olacaq. Bunlar Ermənistana verilən son sərt mesajlardır. Onlar növbəti bir təxribat etsələr, bizi heç bir qüvvə dayandıra bilməz və bunun Ermənistan üçün çox ağır və acınacaqlı bir nəticəsi olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Düşünürəm ki, Prezident İlham Əliyevin bu sərt mesajları Ermənistan üçün bir dərs olacaq", - deyə C.Osmanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti