...

Azad olunmuş ərazilər xarici səyyahların gözü ilə (FOTO)

Siyasət Materials 11 Sentyabr 2022 16:24 (UTC +04:00)
Azad olunmuş ərazilər xarici səyyahların gözü ilə (FOTO)

Bakı. Trend:

Vətən müharibəsindəki tarixi zəfərdən sonra Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpasına başladı. 2 ilə yaxın müddət ərzində geniş miqyaslı işlər görülüb.

Postmüharibə dövründə Azərbaycan diplomatik müstəvidə uğurlar nəticələr əldə edib. Xüsusən? azad olunmuş ərazilərə müxtəlif ölkələrdən diplomatların, rəsmi şxəslərin, səyyahların və digər nümayəndələrin səfərləri, burada Azərbaycanın apardığı quruculuq işləri ilə yerində tanış olmaları xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən olan qonaqlar eyni zamanda azad olunmuş əraizlərin ermənilər tərəfindən necə dağıdıldığını da öz gözləriylə görür.

Bu tip səfərlərdən növbətisi də 20-dən çox ölkədən gəlmiş məşhur səyyahın Qarabağa və Şərqi Zəngəzura gəlməsi oldu. Budəfəki heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gün ərzində davam edən səfər boyunda Trend-in əməkdaşları səyyahlarla birgə oldu və onların təssüratlarını öyrəndi. Səyyahlar azad olunmuş əraizlərdə mina təhlükəsini, quruculuq və bərpa işlərini, erməni vandalimzi haqqında öz fikirlərini bildiriblər.

Bolqarıstanlı səyahət bloggeri Anna Pelova Trend-ə açıqlamasında bildirib ki, Beynəlxalq ictimaiyyət diqqətini yalnız müəyyən ölkələrə yönəltməməlidir, onlar mina problemi ilə üzləşən hər kəsə, o cümlədən Azərbaycana kömək etməyə borcludurlar.

"Əminəm ki, bu bölgənin turizm üçün böyük potensialı var. Burada ilk turistlər bizim kimi ekstremal idmanı sevən turistlər olacaq. Biz İspaniyaya, Portuqaliyaya, Fransaya uçmaqda maraqlı deyilik. Bizdə emosional iz buraxan yaxşı hekayə danışa bilən yerləri sevirik. Çünki sonda biz biganə qalmayacağıq. Bundan əlavə, Azərbaycanın çox gözəl təbiəti, xoş xasiyyəti, mehriban insanları var. Azərbaycanlılar bərpa işlərini başa vurduqda, şübhəsiz ki, nəinki turistləri, hətta beynəlxalq təşkilatların, mətbuat nümayəndələrini də cəlb etmək imkanınız olacaq ki, bu da Azərbaycanın möhtəşəm və təhlükəsiz ölkə olması faktlarının yayılmasına kömək edəcək," - deyə səyyah bildirib.

Böyük Britaniyadan Azərbaycanın ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərinə gələn səyahətsevər, London Universitetinin tarixçisi, Yaxın Şərq üzrə ekspert Furkan Cavaid isə bildirib ki, Qarabağ münaqişəsi faciəli olub, amma xoşbəxtlikdən Azərbaycan öz ərazilərini erməni işğalından azad edib.

"Tikinti-bərpa işləri, xüsusən də Şuşada nə qədər sürətlə aparıldığı heyrət doğurur. Şəhər əlbəttə ki, turizm mərkəzinə çevriləcək. Məscidlərin, mədəni və tarixi irsin bərpası təkcə Azərbaycan mədəniyyəti üçün deyil, ölkəyə gələn qonaqlar üçün də mühüm məqamdır. Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür", - deyə o bildirib.

F.Cavaidin sözlərinə görə, Ermənilər tərəfindən törədilən vandalizm qəbuledilməzdir: "Qarşı tərəfin tarixinə, adət-ənənəsinə hörmətlə yanaşmaq lazımdır. Müharibə olsa belə, belə obyektləri, binaları dağıtmaq olmaz".

Bundan əlavə, F.Cavaid vurğulayıb ki, beynəlxalq ictimaiyyət və təşkilatlar, eləcə də YUNESKO boş dayanmamalıdır.

"Onlar çoxtərəfli həllər hazırlamalı və minatəmizləmə səylərini dəstəkləməlidirlər. Əks halda, münaqişələr uzun müddət davam edir. Məsələn, Anqolada onilliklər keçməsinə baxmayaraq, insanlar hələ də mina partlayışlarının qurbanına çevrilir, əl-qolunu itirirlər. Ona görə də dünya təşkilatları mütləq öz dəstəklərini verməlidirlər, kənarda qalmamalıdırlar", - deyə F.Cavaid əlavə edib.

Almaniyadan gələn səyyah Yorgen Kuller Qarabağın bərpasının sürətindən məmnundur.

"Təsəvvür etmək mənim üçün çətindir ki, Azərbaycan bu qədər qısa müddətdə işğaldan azad edilmiş Qarabağda bu qədər quruculuq işləri apara bilib. Şuşa və Ağdama səfər zamanı getdiyimiz yol boyunca çoxlu dağıntılar gördüm. Eyni zamanda yeni evlər, otellər, mağazalar gördüm, fəal tikinti işləri gördüm, yeni yolu gördüm, bu məni çox heyrətləndirdi", - deyə almaniyalı səyyah bildirib.

Danimarkalı səyahətçi Matte Mikkelsen isə Azərbaycanın Qarabağda ekoloji dayanıqlı layihələrə investisiya qoyması məsələsinə toxunub.

"Sevindiricidir ki, Azərbaycan Qarabağda ekoloji dayanıqlı layihələrə investisiya qoyur. "Ağıllı kənd" konsepsiyası təkcə "ağıllı" layihələrə deyil, həm də ekoloji dayanıqlı layihələrə investisiyalar baxımından kifayət qədər maraq kəsb edir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti