...

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən etirazçılar İrəvana çatıb

Gündəm Materials 9 May 2024 16:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının iştirakçıları İrəvana çatıblar.

Trend bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

"Bu hərəkat zorakılıq haqqında deyil, barışıqdır. Xalqımız, ölkəmiz aşağılanmış vəziyyətdədir. Bu vəziyyəti düzəltməyin vaxtı gəlib", - deyə arxiyepiskop qeyd edib.

Qeyd edilir ki, İrəvanın Respublika meydanında böyük mitinq gözlənilir. Müxalifət hərəkatına onlarla siyasi və ictimai təşkilat, həmçinin, ziyalıların nümayəndələri öz həmrəyliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.

Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti