...

Bu ölkə peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Dünya xəbərləri Materials 9 May 2024 17:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya pandemiya zamanı peyvəndlərin paylanmasını tələb edən Ümumdünya Səhiyyə Təşkilatının müqaviləsini imzalamaqdan imtina edir, bunu milli suverenliyə təhdid hesab edir.

Trend bu barədə "The Telegraph"a istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüs COVİD səbəbindən fövqəladə vəziyyət pik həddində yaranıb. Müqavilənin şərtlərinə əsasən, ÜST-ə üzv bütün dövlətlər digər ölkələrin xeyrinə peyvəndlərin 20 faizindən imtina etməli olacaqlar və anbarlarda dərman yığmamağı öhdəsinə götürəcəklər.

Qeyd olunur ki, Böyük Britaniya bu təklifləri indiki formasında qəbul edə bilməyib və onlar razılaşdırılmayıb. Pandemiya sazişini müzakirə edən bir çox ölkələr üçün tibbi əşyaların birgə istifadəsinə qırmızı xətt kimi baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti