...

Türkiyədə ticarətə qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib - İsrail XİN rəhbəri

Dünya xəbərləri Materials 9 May 2024 17:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı vəziyyətə görə İsraillə Türkiyə arasında ticarətə tətbiq olunan bir sıra məhdudiyyətləri ləğv edib.

Trend xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katsın “X” sosial şəbəkəsi hesabında paylaşım edib.

"Ərdoğan ticarət məhdudiyyətlərinin əksəriyyətini ləğv edib", - deyə o yazıb.

Qeyd olunub ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda İsrail ilə Türkiyə münasibətləri kəskin pisləşib.

Mayın 3-də Ərdoğan Türkiyənin İsraillə 9,5 milyard dollar məbləğində ticarət dövriyyəsini dayandırdığını bildirib. O qeyd edib ki, Türkiyə tədbirlər görmək və tələb olunan addımı atmaq məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti