Bakı. Trend:
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına namizədlərin adları açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssisin adı yer alıb.
Onlardan dördü ispaniyalı məşqçidir. 2023/24 mövsümünün ən
yaxşısı adına Mikel Arteta (“Arsenal”), Unay Emeri (“Aston Villa”),
Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bormunt”) və
Yurgen Klopp (“Liverpul”) iddia edirlər. Mükafatın sahibi futbol
ekspertləri və azarkeşlər arasında aparılan səsvermə ilə bəlli
olacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı
məşqçisi mayın 21-də açıqlanacaq.