...

Türkiyə İsrailə qarşı sanksiyaların yumşaldılması ilə bağlı məlumatları təkzib edib

Dünya xəbərləri Materials 9 May 2024 20:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Türkiyənin tətbiq etdiyi ticarət sanksiyalarının yumşaldılması ilə bağlı iddialarının reallıqla heç bir əlaqəsi yoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bulut "X" sosial şəbəkəsində yazıb.

"İsrail xarici işlər nazirinin açıqlamaları tamamilə uydurmadır. Onların reallıqla heç bir əlaqəsi yoxdur. Biz hökumətin İsraillə ticarətlə bağlı qərarını dəstəkləyirik. Qərar qüvvədə qalmaqdadır", - deyə nazir qeyd edib.

Ö.Bolat əlavə edib ki, sanksiyalar Qəzza zolağında atəşkəs və humanitar yardımların çatdırılması təmin olunana qədər qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti