...

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı ilkin təhlillərə görə on min meqavat təşkil edir

Siyasət Materials 5 Oktyabr 2022 11:59 (UTC +04:00)
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı ilkin təhlillərə görə on min meqavat təşkil edir

Bakı. Trend:

Biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Bizim burada işğal dövründə məhrum olduğumuz geniş su ehtiyatlarımız var. Çünki ermənilər təkcə bizim şəhərlərimizi işğal etməmişdilər, onlar bizim ehtiyatlarımızı da işğal etmişdirlər. Qanunsuz olaraq dağ-mədən işləri aparılırdı, bizim suya çıxışımızı kəsən qanunsuz işlər görülürdü və biz yüz minlərlə hektar torpağı suvara bilmirdik. İndi biz çaylarımıza, torpağımıza qayıtmışıq. Bütün şəhərlərin Baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanmışdır və təsdiqlənmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti