...

Avstriya mətbuatında Fransa Senatının Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi barədə məqalə dərc edilib

Siyasət Materials 16 Noyabr 2022 11:11 (UTC +04:00)
Avstriya mətbuatında Fransa Senatının Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi barədə məqalə dərc edilib

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində Fransa Senatının Azərbaycana qarşı dünənki təxribat xarakterli qətnaməsi barədə "Fransa Azərbaycanı həmişəlik itirdi" adlı məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, səsvermədə iştirak edən 296 senatordan yalnız bir nəfər sənədin əleyhinə səs verib. Qalan senatorlar Fransa hakimiyyətinə Qarabağ separatçılarının qalıqlarını “müstəqil dövlət” kimi tanımaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışı ilə müraciət ediblər. Bu isə Fransada çox nüfuzlu mövqeyi olan erməni elektoratının "sevinc göz yaşlarına səbəb olub" .

Amma məqalədə bildirilir ki, bu qətnamə sadəcə bir "bəyannamə",. "kağız", "fayl" olmaqla, hər hansı əhəmiyyətli bir şeyə gətirib çıxarmaq gücündə deyil.

Bu qətnamə hansısa nəticələrə gətirib çıxarsa da, bu fransız senatorların və onların erməni pərəstişkarlarının gözləntilərinə uyğun olmayacaq. Məqalədə, həmçinin bu sənədin bəndlərinin reallaşdırılmasının mümkünsüzlüyü əminliklə vurğulanır.

Məqaləyə əsasən, Fransa üçün bu sənəd münasibətlərin pisləşməsinin təminatı və Azərbaycanla tərəfdaşlıq münasibətlərinin gələcəyinə ağır zərbə olacaq. Fransız senatorların Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı səyləri rəsmi Bakı tərəfindən ciddi qəbul olunmayacaq.

Bundan başqa, məqalədə vurğulanır ki, nəhəng müstəmləkə keçmişi, soyqırımı və islamofobiya tarixi olan, münaqişə tərəflərindən birinə açıq dəstək verən Fransa bununla da Azərbaycan üçün vasitəçi rolunu itirir, belə ki, "bu vasitəçinin guya ədalətli həll yolu istəməsi" artıq şübhə doğurur.

Belə nəticə çıxır ki, Azərbaycan Fransa üçün həmişəlik itirilib və Senat bunu öz səsverməsi ilə əyani nümayiş etdirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti