...

Fransa Senatının qətnaməsi Azərbaycanın daxili işlərinə müdaxilədir - Aydın Mirzəzadə

Siyasət Materials 16 Noyabr 2022 16:17 (UTC +04:00)
Fransa Senatının qətnaməsi Azərbaycanın daxili işlərinə müdaxilədir - Aydın Mirzəzadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Senatının qətnaməsi Azərbaycanın daxili işlərinə müdaxilədir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Fransa Senatı bu qərəzli qətnaməsi ilə müstəqil dövlətin daxili işlərinə qarışır, ərazi bütövlüyünü şübhə altına alır.

Deputat vurğulayıb ki, Fransa Senatının bəyanatı beynəlxalq qanuna tamamilə ziddir.

“Fransa Senatı erməni lobbisinin alətinə çevrilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə nümayiş etdirir. Fransa Senatının bu qətnaməsi regionda vəziyyətin gərginləşməsinə yönəlib”, - deyə deputat əlavə edib.

O vurğulayıb ki, Milli Məclis Fransa Senatının qətnaməsinə qəti etirazını bildirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti