...

Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə əhəmiyyətsizdir - Tural Gəncəliyev

Siyasət Materials 1 Dekabr 2022 09:51 (UTC +04:00)
Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə əhəmiyyətsizdir - Tural Gəncəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend

Fransa parlamentinin aşağı palatasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli, açıq- aşkar düşmən mövqeyi sərgiləyən qətnaməni rədd edirik.

Bunu bu gün Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev xatırladıb ki, bu qərəzli qətnamə əvvəlcə Fransa parlamentinin yuxarı palatası (Senat) tərəfindən qəbul edilmişdi.

"Aşağı palatasında da yenidən Azərbaycana qarşı belə bir addımın atılması və bu sənədin hazırda hakimiyyətdə olan Makron partiyasını təmsil edən qanunvericilər tərəfindən irəli sürülürək qəbul edilməsi onu göstərir ki, Fransa siyasi isteblişmenti tamamilə reallıqdan kənara çıxıb, açıq-aşkar Azərbaycana qarşı düşmən mövqeyini ortaya qoyur", - deyə o vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanın Fransa ilə siyasəti yenidən nəzərdən keçirilməlidir.

"Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesindən uzaq tutulması, Fransanın Azərbaycanla bağlı bütün layihələrdən kənarlaşdırılması bütün bunlara cavab olaraq edilməlidir.

Fransa çırpıntalar içərisində Cənubi Qafqazda söz sahibi olmağa çalışır. Paris cılız niyyətini Fransa parlamentinin bizim üçün heç bir əhəmiyyəti olmayan, Azərbaycanın kağız parçası kimi belə qəbul etmədiyi qətnamaləri ilə irəli sürürsə, bilməlidir ki, bunun Azərbaycana qarşı heç bir effekti olmayacaq.

Azərbaycan orta güc ölkəsinə çevrilib. Azərbaycanı bu kimi sənədlərlə qorxutmaq, təzyiq etmək mümkün deyil", - deyə T.Gəncəliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti