...

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub (FOTO)

Siyasət Materials 1 Dekabr 2022 18:18 (UTC +04:00)
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub (FOTO)

Bakı. Trend:

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti