...

KTMT-nin baş katibi ermənilərin ümidlərini boşa çıxardı

Siyasət Materials 20 Dekabr 2022 12:08 (UTC +04:00)
KTMT-nin baş katibi ermənilərin ümidlərini boşa çıxardı

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Laçın dəhlizi ilə bağlı məsələnin həllinin qurumun məsuliyyət dairəsindən kənarda olduğu qənaətinə gəlib.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə KTMT-nin baş katibi Stanislav Zas bildirib.

“Bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət olmayıb. Biz belə qənaətdəyik ki, bu məsələ KTMT-nin məsuliyyət dairəsindən kənardadır”, - deyə S.Zas qeyd edib.

Qeyd edək ki, azərbaycanlıların Laçın yolunda torpaqlarımızda ekoloji terrora qarşı dinc etiraz aksiyası 9-cu gündür davam edir. Ermənistan tərəfi etirazçılar tərəfindən guya yolun bağlandığı barədə yalan xəbərlər yaymağa başlayıb və Azərbaycan tərəfinin “Qarabağda yaşayan ermənilərə qarşı soyqırım törətdiyini” iddia edib. Ancaq əslində sülhməramlıların təminat və təcili yardım maşınları yol boyu sərbəst keçir.

Ermənistan dəfələrlə bu iddialara əsaslanaraq KTMT-nin məsələyə müdaxiləsinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti