Bakı. Trend:
Əlcəzairdə törədilən cinayətləri nəzərə alsaq, Fransa prezidenti Makronun bugünkü siyasətini də göz önündə saxlasaq, görərik ki, onlar dayanmaq bilmir və onları dayandırmaq lazımdır.
Bunu Trend-ə açıqlamasında Yeni Kaledoniya nümayəndə heyətinin rəhbəri Maykl Forrest deyib.
“Afrikada, Sakit Okean regionunda geopoltik dəyişiklikləri nəzərə alsaq, Fransanın həmin ərazilərdə, eləcə də Kaledoniyadakı müstəmləkəçilik siyasətini nəzərə alsaq, süni şəkildə miqrasiya edərək yerli əhalini azaldırlar. Bu, təkcə xalqın məsələsi deyil, eləcə də resurslarımıza Fransanın əl qoyması məsələləri var. Azərbaycanın mövqeyi çox vacibdir. Azərbaycan suverenliyimiz baxımından da bizə vacibdir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında, ümid edirik ki, bu məsələlər kağız üzərində qalmayacaq və reallığa çevriləcək", - deyə o əlavə edib.