Bakı. Trend:
Aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.