...

Ermənistan BMT-də Rusiyanı təcavüzkar kimi tanıyan qətnaməyə səs verib

Siyasət Materials 1 May 2023 17:03 (UTC +04:00)
Ermənistan BMT-də Rusiyanı təcavüzkar kimi tanıyan qətnaməyə səs verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib.

Trend-in məlumatına görə, bu barədə erməni KİV-lərində qeyd edilib.

Bildirilib ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyir, lakin sənəd lehinə 122 səslə qəbul edilib.

Digər ölkələrlə yanaşı, Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib. Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıblar. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər 15 ölkə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti