...

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirildi

Siyasət Materials 1 Avqust 2023 16:39 (UTC +04:00)
Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirildi

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

Trend xəbər verir ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında aparılan struktur islahatları nəticəsində bir sıra dövlət orqanları və qurumların ləğv edilməsi və ya strukturunun dəyişdirilməsi ilə müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2023-cü il dövlət büdcəsində dəyişikliklər edilməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti