...

Avropa Parlamentinin siyasi və hüquqi savadsızlığı - Qəbul edilən növbəti "boş sənəd"

Siyasət Materials 7 Oktyabr 2023 16:29 (UTC +04:00)
Avropa Parlamentinin siyasi və hüquqi savadsızlığı - Qəbul edilən növbəti "boş sənəd"
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti reallığı olduğu kimi dərk etmək istəmir. Onların siyasi və hüquqi savadı yox dərəcəsindədir. Əks halda bu cür qətnamə ilə çıxış etməzdilər.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, qətnamə bir daha onu göstərir ki, bu insanlar nə dərəcədə ermənipərəst mövqedədirlər və öz ölkələrinin maraqları onları narahat etmir.

"Avropa ölkələrinin bir çox ölkələri Azərbaycanda neft, qaz və digər sahələrdə də əməkdaşlıq edir. Demək olar ki, əksər ölkələrin Aəzrbaycanda diplomatik nümayəndəlikləri var. Siyasətçilər özləri gəlib Azərbaycanda reallıqla tanışa ola bilərdi.

Gələn il Avropa İttifaqında seçkilər olacaq, bu onlar üçün çox ciddi məqamdır. Onlar istəyirlər ki, bu seçki ərəfəsində erməni lobbisinin maraqlarını, diqqətini cəlb etsinlər və onların dəstəyi ilə gələn seçkilərdə qalib gəlsinlər. Bu qətnamə heç nəyi dəyişmir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin də münasibətləri dəyişməyəcək",- deyə İ.Vəlizadə bildirib.

Xatırladaq ki, oktyabrın 5-də Avropa Parlamenti növbəti dəfə siyasi riyakarlıq nümayiş etdirərək Azərbaycana qarşı sanksiyanı dəstəkləyən tövsiyə xarakterli qətnamə qəbul edib. Qətnamədə Qarabağda Azərbaycanın öz ərazisində terrorçuları zərərsizləşdirib, suverenliyini təmin etdiyinə görə sanskiya tətbiq edilməsi təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti