...

Azərbaycan XİN Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib

Siyasət Materials 8 Oktyabr 2023 17:44 (UTC +04:00)
Azərbaycan XİN Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Trend xəbər verir ki, başsağlığında deyilir: "Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".

Qeyd edək ki, Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib. Ocağı 10 km dərinlikdə olub. Zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti