...

Seçkilərin hər mərhələsində daha da irəli getmişik - Zeynal Nağdəliyev

Siyasət Materials 20 Dekabr 2023 11:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın seçki qanunvericiliyi demokratikliyə və şəffaflığa görə dünyanın müvafiq aktlarından geri qalmır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, biz seçkilərin hər mərhələsində daha da irəli getmişik.

Z.Nağdəliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilər ilk dəfə keçiriləcək:

“Azad edilmiş ərazilərə beş minə yaxın insan köçürülüb. Ölkə üzrə hər bir seçki məntəqəsinə baxış keçirilir. Vətəndaşların rahat səsverməsi üçün seçki məntəqələri tam hazır vəziyyətə gətirilməlidir. Zəruri tədbirlər həyata keçirilir, mövcud problemlər aradan qaldırılır".

Z.Nağdəliyev vurğulayıb ki, seçkilərdə bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

“Sərbəst toplaşmaq üçün bütün tələblərə cavab verən açıq və qapalı yerlərin ayrılması üçün müvafiq icra hakimiyyəti orqanlarına lazımı tapşırıqlar verilib. Bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları seçkilərin keçirilməsinə tam səfərbər olublar”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti