...

Darren Vuds Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 21 Fevral 2024 15:45 (UTC +04:00)
Darren Vuds Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının “Exxon Mobil” Korporasiyasının sədri və baş icraçı direktoru Darren Vuds Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Exxon Mobil” Korporasiyası adından Sizi səmimi-qəlbdən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcək. “Exxon Mobil” Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamağa kömək edə və eyni zamanda, istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyə bilərik.

Bu iki çağırış COP29 müzakirələri zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa ev sahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm.

Sizi bir daha təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına daha parlaq gələcək arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti