Bakı. Trend:
İsveçrənin Cenevrə şəhərində BMT-nin Insan Hüquqları Şurasının 55-ci sessiyası öz işinə başlamışdır. Sessiya çərçivəsində “İnsan hüquqlarının tətbiqinə dair illik Yüksək Səviyyəli Panel Müzakirəsi” keçirilib. Panel müzakirəsinin əsas mövzusu “Cəmiyyətdə tam və effektiv iştiraka və inklüzivliyə diqqət yetirməklə, əlilliyi olan şəxslərin hüquqlarını tətbiqi” olub.
Trend xəbər verir ki, müzakirələr zamanı BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin Video-müraciəti nümayiş etdirilib. QHT sədri çıxışında Ermənistanın Azərbaycan qarşı mina terroru siyasətinin davam etdiyni və mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı aparılan işlər və beynəlxalq dəstəyin vacibliyi məsələlərinə toxunub.
Çıxışın tam mətnini və videoyazısını nəzərinizə çatdırırıq: